GündəmHadisəManşet

İcra başçısının xanımı şəhidlərin anım tədbirində qırmızı geyindi (FOTO)

Ağdam rayonu Bənövşələr qəsəbəsindəki 2 saylı orta məktəbdə noyabrın 5-də keçirilən şəhidlərin anım tədbirində şəhid ailələrini hiddətləndirən daha bir hadisə baş verib.

AzToday.az-a daxil olan məlumata görə, anım tədbirində iştirak edən icra başçısının xanımı Sədaqət Həsənovanın qırmızı geyinməsi narazılığa səbəb olub.

Sədaqət Həsənova Ağdam rayonunun təhsil şöbəsində inspektor vəzifəsində çalışır.

Qeyd edək ki, Ağdamın icra başçısı Vaqif Həsənovun bu günlərdə yol verdiyi şəhid ayrıseçkiliyi rayon sakinlərini hiddətləndirmişdi.

Şəkillərdən gördüyünüz kimi, tədbirdə iştirak edən başqa xanımlar qara geyindiyi halda Sədaqət Həsənova qırmızı yubkadadır:

Bənzər yazılar

Back to top button