ManşetSağlamlıq

Putindən müjdə: yaxın gələcəkdə Rusiyada koronavirus əleyhinə peyvənd hazırlanacaq

Rusiyada prezidenti ölkədə koronavirus epidemiyasının zəiflədiyini elan edib

AzToday.az Rusiyanın TASS agentliyinə istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin ölkdə koronavirus epidemiyasının dalğasının zəiflədiyini açıqlayıb.

Buna baxmayaraq, dövlət başçısı virusa qarşı mübarizənin davam etdiyini vurğulayıb. O, yaxın gələcəkdə ölkədə koronavirus əleyhinə peyvəndin yardılacağına ümid etdiyini dilə gətirərək, yeni Rusiya dərmanlarının dünyada ən yaxşı olduğunu söyləyib. Putinin fikrincə, bu, Rusiyada elmin yüksək səviyyəsindən xəbər verir.

Rusiya lideri, həmçinin iyul və avqust aylarında koronavirusla mübarizə aparan həkimlər üçün federal və regional səviyyədə maaşlara əlavə pul mükafatlarının saxlanmasını zəruri hesab edib. O qeyd edib ki, onlar üçün yük və risk hələ də qalmaqdadır.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button