Paşinyan: “Azərbaycanın bizim ərazimizdən Naxçıvanla əlaqə imkanı olmalıdır”

by Aztoday Xəbər Portalı

“Deməliyəm ki, 2020-ci ilin noyabr ayının 9-dan bu yana çoxlu yaralı və 28-ə yaxın qurbanımız olub”.

AzToday.az xəbər verir ki, bu sözləri Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan İctimai TV-yə verdiyi müsahibədə deyib.

O qeyd edib ki, noyabr ayının 9-dan sonra da, hərbi əməliyyatlar olması və əsirlərin bir qisminin elə həmin tarixdən sonra əsir götürülməsi narahatedici faktdır.

Baş nazir 10 Noyabr bəyanatının bütün regional nəqliyyat-iqtisadi kommunikasiyaların açıldığı qeyd edilən 9-cu bəndinə diqqət çəkərək mətnin nədən bəhs etdiyini söyləyib:

“Söhbət ondan gedir ki, mövcud nəqliyyat kommunikasiyaları açılmalıdır, əgər zaman keçdikcə yükdaşımaların həcminin daha da artırılmasına ehtiyac olarsa, biz artıq yeni kommunikasiyalar haqqında düşünəcəyik. Bu məsələ ətrafında təsəvvürümüzü açıqlamağımız çox vacibdir ki, hər şey aydın olsun. Azərbaycanın Naxçıvanla Ermənistan ərazisindən, Ermənistanın suveren yolları ilə əlaqə saxlamaq imkanı olmalıdır, biz bunu inkar etmirik, qəbul edirik və hazırıq. Bunun müqabilində isə Ermənistan Respublikası da öz növbəsində Azərbaycan ərazisi vasitəsilə Rusiya və İranla əlaqə saxlamalıdır”.

Nikol Paşinyan bildirib ki, sülh təklifi Azərbaycanın monopoliyasında deyil, Ermənistan bunu bir neçə dəfə təklif edib. N.Paşinyan həmçinin ATƏT-in Minsk Qrupu çərçivəsində baş tutmalı olan müzakirələrə hazır olduqlarını qeyd edib.

Bənzər Yazılar