GündəmManşetSiyasət

Müdafiə Nazirliyi Karapetyana sələflərinin aqibətini xatırladır

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan hərbi idarəsinin rəhbəri Arşak Karapetyanın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə qanunsuz səfərini pisləyib.

“Ermənistan müdafiə nazirinin icazəsiz olaraq Azərbaycan ərazilərinə daxil olması, qanunsuz erməni birləşmələri ilə görüşlər keçirməsi və onların döyüş hazırlığı barədə fikirlər səsləndirməsi hərbi-siyasi təxribatdır”, – Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında bildirilir.

Ermənistanın müdafiə nazirinin bu təxribatçı səfəri Azərbaycan Respublikası və Rusiya Federasiyası prezidentləri və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci il tarixində imzaladıqları üçtərəfli bəyanatın ildönümü ərəfəsində bilərəkdən həyata keçirilib, sənəddə deyilir.

Beləliklə, Ermənistanın siyasi-hərbi rəhbərliyi üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozaraq qəsdən regionda vəziyyəti gərginləşdirmək və Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salmaq məqsədini güdür.

Ermənistan hərbi rəhbərliyi 44 günlük müharibədə məğlubiyyətdən nəticə çıxarmaq, yeni geosiyasi vəziyyətə uyğunlaşmaq, sülh və təhlükəsizliyi möhkəmləndirmək əvəzinə daxili tələbat üçün ucuz hərbi avantüralara əl atır.

“Ermənistanın müdafiə nazirinin bu səfəri bir daha göstərir ki, Yerevan Azərbaycanın ərazisində qanunsuz erməni hərbi hissələrini, təcavüzkar separatizmi və terror aktlarını birbaşa dəstəkləməkdə davam edir. Eyni zamanda Ermənistan silahlı qüvvələrinin ünsürləri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində qalmaqda davam edir”, – bəyanatda deyilir.

Qurumda Karapetyana “keçilməz Ohanyan xətti”nin yaradlması, “yeni müharibələr – yeni ərazilər” kimi utopik bəyanatlarla çıxış edən sələflərinin kədərli aqibətini xatırladılıb.

“Ermənistan hərbi-siyasi rəhbərliyinə xəbərdarlıq edirik ki, bu cür qanunsuz səfərlər təkrarlanarsa, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təcavüzkar separatizmin və terror aktlarının qarşısının alınması üçün lazımi tədbirlər görüləcək”, – Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Bənzər yazılar

Back to top button