Dünya

Yerevanda keçirilən etiraz aksiyası polisin güc tətbiqi ilə dağıdılıb

Məlum olduğu kimi, mayın 11-də Ermənistan Mərkəzi Bankının qarşısında kredit təşkilatlarının lisenziyasından məhrum edilməsini tələb edən etiraz aksiyası keçirilib.

“Soyğuna yox”, “Kredit təşkilatlarına yox” şüarları səsləndirən aksiya iştirakçıları fövqəladə vəziyyət zamanı insanlaraı zəng edən, insanların çətin vəziyyətini nəzərə almadan pul tələb edən təşkilatlardan yalnız pulla maraqlandıqları, vətəndaşların maddi durumundan bixəbər olduqlarına görə lisenziyalarının ləğvini tələb ediblər.

AzToday.az xəbər verir ki, aksiya iştirakçıları Mərkəzi Bankın nümayəndəsi ilə görüş tələb ediblər, əks halda oturaq aksiya keçirmək, tələbləri təmin olunana qədər hər gün piket keçirmək barədə hədələr səsləndiriblər.

Mayın 12-də də vədlərinə əmlə edən bir qrup vətəndaş yenidən Ermənistan Mərkəzi Bankı qarşısında etiraz aksiyası keçiriblər.

Etirazçılardan biri hüquq-mühafizə orqanlarına müraciət etsələr də, dövlət büdcəsinin icrası barədə parlamentdı yanlış məlumatlar verildiyini, kənd təsərrüfatına yönəldilən 300 milyard dramın ünvanına çatmadığını bildirib: “Manipulyasiya yolu ilə bu vəsaitlər kommersiya banklarının mülkiyyətinə çevrilib.problemimi və ya başqalarının problemlərini həll etməyinizi istəmirəm. Hakimiyyətdəkilərə deyirəm ki, sistemin effektiv olmasını təmin edin ki, vətəndaşlar ölkəni tərk etməyə çalışmasınlar”.

Bu çıxşlardan dərhal sonra polislər qəddarcacına güc tətbiq edərək iştirakçıları ərazidən uzaqlaşdırıblar. Daha sonra bir qrup polis vətəndaşları polis maşınlarına doldurmağa başlayıb. Etirazçılar həbs olunan dostlarının ardınca getdiklərini söyləyiblər.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button