İdman

“Milan” “Real Madrid”in istədiyi futbolçunu yola gətirə bilmir

“Milan” “Real Madrid”in transfer siyahısına düşən yarımmüdafiəçisini – Frank Kessyeni yeni müqavilə ilə bağlı razılığa gətirə bilmir.

Fanat.az “Sky Sport”a istinadən xəbər verir ki, İtaliya nəhəngi Franka illik 6,5 milyon avro məvacib vermək istəsə də, futbolçunun təmsilçiləri 9 milyon avro maaş tələb edir.

Tərəflər uzun müddət aparılan danışıqlar fonunda ortaq məxrəcə gələ bilmirlər.

24 yaşlı oyunçunun “Milan”la olan müqaviləsinin müddəti gələn ilin yayında başa çatır.

Bənzər yazılar

Back to top button