Neft sektorunun büdcədə payı necə dəyişib?

by Aztoday Xəbər Portalı

2022-ci ilin dövlət büdcəsi layihəsində gəlirlərin 54,8 faizi (14 milyard 690 milyon manatı) neft sektorunun payına düşür. Dövlət Neft Fondundan büdcəyə 12 milyard 710 milyon manat köçürmə, vergi orqanlarının xətti ilə neft sektorundan 1 milyard 980 milyon manat daxilolma gözlənir.

Maliyyə Nazirliyinin hesabatına görə, 2012 və 2013-cü illərdə büdcə gəlirlərinin 73,1 faizi neft sektoruna aid olub.

2014-cü ildə neft sektorunun büdcə gəlirlərində payı 66 faizə, 2015-ci ildə 58,4 faizə, 2016-cı ildə 52,7 faizə, 2017-ci ildə 47,7 faizə düşüb.

2018-ci ildə büdcə gəlirlərinin 59,5 faizi, 2019-cu ildə 56,2 faizi, 2020-ci ildə 56,7 faizi neft sektorundan təmin edilib.

2021-ci ilin büdcəsində gəlirlərin 54,2 faizi neft sektorundan gəlir kimi nəzərdə tutulub.

Bənzər Yazılar