Azərbaycan bu gecə Gorus yolunda gömrük postu quracaq

by Aztoday Xəbər Portalı

Azərbaycan Gorus-Qafan yolunun Azərbaycan sərhədindən keçən hissəsində bu gecə yarısı gömrük postu quracaq.

Bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai kanala açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan bu gecə Gorus-Qafan yolunda gömrük və sərhəd tədbirləri tətbiq edəcəyi barədə İrəvana xəbərdarlıq edib.

“Ermənistan tərəfi artıq cavab tədbirləri görür və gömrük məntəqəsi yaradır. İşlər başlayıb”, – o vurğulayıb.

Qriqoryan artıq alternativ yolun hazır olduğunu bildirib: “O yolla Gorusa və İrəvana getmək olar. Bu o deməkdir ki, Ermənistanın avtomobillər, o cümlədən yük maşınları üçün alternativi var”.

Bənzər Yazılar