Dünya

Almaniyaya getmək istəyən fələstinliləri suriyalılar İstanbulda girov götürüb

Baş verən hadisə film ssenarisini xatırladır. Suriyadan olan 4 nəfər 4 fələstinlini Almaniyaya aparmağa söz verərək aldadıb. Fələstinliləri İstanbulda girov götürüblər. Suriyalılar onların hər birinin ailəsindən 10 min dollar tələb edib.

Bizimyol.info xəbər verir ki, həmin məbləği ödəmək mümkün olmayıb. Bundan sonra fələstinlilər qaçmaq qərarı verib. Onlar saxlandıqları ikinci mərtəbədəki mənzilin eyvanından tullanıblar. İkisi yerə uğurla düşüb və qaça bilib. Digər iki nəfər ciddi xəsarət aldığından, tərpənmək mümkün olmayıb.

Yayılan videoda İstanbulun Arnavutköy səmtinin sakinlərinin yerdə uzanan şəxslərin başına toplandığı görünür. Polis hadisə yerinə gəlib. Amma kamera görüntüləri suriyalıların maşınlarla buranı dərhal tərk etdiyini ortaya çıxarıb.

Eyvandan tullanan fələstinlilərdən biri lap çox xəsarət alıb. Onun hər iki ayağı və beli sınıb. Digər girov saxlanılan şəxsin isə bir ayağının və bir qolunun sındığı məlumdur.

Bənzər yazılar

Back to top button