İdman

Ramos Messi ilə dostlaşıbmı?

PSJ-nin iki ulduzunun – sabiq “Barselona”lı Lionel Messi ilə eks “Real Madrid”li Serxio Ramosun bir-birinə olan soyuq münasibəti davam edir.

Fanat.az xəbər verir ki, “L’Equipe” nəşri hələ də zədə üzündən yeni komandasında oyuna çıxmayan Ramos futbolçuların əksəriyyəti ilə dostlaşa bilib.

Messi ilə bağlı isə vəziyyət fərqlidir. Mənbənin iddiasına görə, argentinalı hücumçu ilə ispan müdafiəçi məşqlərdə belə, ünsiyyət qurmurlar. Hətta baş məşqçi Maurisio Poçettinonun hər iki futbolçu ilə bu barədə danışması heç nəyi dəyişməyib.

Ramos 2005-2021-ci illərdə “Real”ın, Messi 2003-2021 aralığında “Barselona”nın uğurları üçün çalışıb.

Bənzər yazılar

Back to top button