Siyasət

Azərbaycanlı Ukrayna hökumətində yüksək vəzifəyə təyin edildi

Ukraynada azərbaycanlı energetika nazirinin müavini təyin olunub.

“Report”un məlumatına görə, bu posta Fərid Kamil oğlu Səfərov gətirilib.

O, bu təyinatadək Ukrayna İnfrastruktur Nazirliyində Nəqliyyat və poçt xidmətləri üzrə rəqəmsal infrastruktur departamentinin baş direktoru işləyib.

Qeyd edək ki, F.Səfərov əslən Azərbaycanın Gəncə şəhərindəndir. O, 1991-ci il sentyabrın 20-də Kiyevdə anadan olub. 2014-cü ildə Taras Şevçenko adına Kiyev Milli Universitetində “Beynəlxalq hüquq” ixtisası üzrə magistratura təhsili alıb. 2015-ci ildə Vadim Hetman adına Kiyev Milli İqtisad Universitetində “Beynəlxalq biznes ixtisasına yiyələnib. Eyni zamanda F.Səfərov hazırda T.Şevçenko adına Milli Universitetinin Kiyev Beynəlxalq Əlaqələr İnstitutunun elmi işçisi və aspirantıdır.

O, Azərbaycan, Ukrayna, ingilis, alman, rus və türk dillərini bilir.

F.Səfərov Azərbaycanın Ukraynadakı diplomatik korpusunda işləmiş Kamil Səfərovun oğludur.

Bənzər yazılar

Back to top button