Cəmiyyət

Son 18 ildə 40 mindən çox adam amnistiyaya düşüb

Amnistiya aktının icrasına başlanıldığı vaxtdan bu 101 nəfərə şamil edilib, o cümlədən 36 nəfər cəzaçəkmə yerlərindən azad edilib. Bu barədə Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin rəis müavini Elçin Nəsibov Zəfər Günü münasibətilə elan olunmuş amnistiya aktına həsr edilən “dəyirmi masa”da məlumat verib.

Qurumun digər nümayəndəsi Malik Ələkbərov bildirib ki, ilkin məlumata görə, amnistiya atkının Penitensiar Xidmət üzrə 5 800-ə yaxın, Probasiya Xidməti üzrə 8 800 nəfər məhkuma şamil olunması gözlənilir.

“Ümumilikdə amnistiya aktı 17 min nəfərə şamil olunacaq, o cümlədən 15 min nəfərin barəsində Ədliyyə Nazirliyi tərəfindən icra olunacaq”, -Nəsibov deyib.

Öz növbəsində Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib ki, 2003-cü ildən, Azərbaycana prezident İlham Əliyev rəhbərlik etdiyi vaxtdan ölkədə 4 amnistiya aktı və 35 əfv sərəncamı qəbul edilib.

Əfv olunanların sayı 5672, amnistiyaya düşənlərin sayı 40412 olub.

Bənzər yazılar

Back to top button