Siyasət

Ceyhun Bayramov: “Azərbaycan azad edilmiş ərazilərə missiya göndərilməsini YUNESKO ilə razılaşdırır”

Azərbaycan müharibədən sonra bərpa prosesində YUNESKO ilə əməkdaşlığa hazırdır və azad edilmiş ərazilərə texniki missiyanın göndərilməsi üçün fəal dialoq aparır. Bu barədə Azərbaycanın xarici işlər Ceyhun Bayramov noyabrın 10-da Parisdə YUNESKO Baş Konfransının 41-ci sessiyasındakı çıxışında bildirib.

Onun sözlərinə görə, “missiyanın effektivliyini və müstəqilliyini təmin edəcək bir sıra mürəkkəb texniki, hüquqi və siyasi məsələlər” artıq razılaşdırılıb.

“Azərbaycan dəfələrlə YUNESKO-ya Ermənistanın bu kobud pozuntuları barədə xəbərdarlıq edib, işğal olunmuş ərazilərə texniki missiyanın göndərilməsi məsələsini qaldırıb. Amma Ermənistan buna mane olub ki, bu da YUNESKO-nun 2005-ci ildəki hesabatında öz əksini tapıb”, – Xarici İşlər Nazirliyinin mətbuat xidməti nazirdən sitat gətirib.

O həmçinin qeyd edib ki, Ermənistan minalanmlş ərazilərin xəritələrini verməkdən imtina edir və bununla da qaçqınların azad edilmiş ərazilərə qayıtmasına əngəl törədir.

Bənzər yazılar

Back to top button