Siyasət

ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatı

ATƏT-in Minsk qrupunun həmsədrləri (Endryu Şofer – ABŞ, İqor Xovayev – Rusiya və Bris Rokfeyl – Fransa) noyabrın 11-də aşağıdakı bəyanatla çıxış ediblər.

“Noyabrın 10-da həmsədrlər Parisdə ayrı-ayrılıqda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüblər.

Həmsədrlər Fransanın xarici işlər naziri Jan-İv Lö Drian ilə də birgə görüş keçiriblər.

Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Həmsədrlər və xarici işlər nazirləri gərginliyin azaldılması ilə bağlı Nyu-York da başlanan danişıqları, gələcək görüşləri və həmsədrlərin regiona mümkün səfərini müzakirə ediblər.

Həmsədrlər və nazirlər 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda qəbul edilmiş öhdəliklərin icrasını da müzakirə ediblər.

Həmsədrlər humanitar məsələlər, o cümlədən məhbuslar, minaların təmizlənməsi, itkin düşmüş şəxslər, mədəniyyət obyektlərinin və köçkünlərin könüllü geri qaytarılması ilə bağlı irəliləyişi təsdiqləyiblər.

Həmsədrlər həmçinin qızışdırıcı ritorikadan və təxribat xarakterli hərəkətlərdən çəkinməyə çagırırlar”, – deyə məlumatda bildirilir.

Bənzər yazılar

Back to top button