AnalitikaManşetSiyasət

Qumarda 50 min dollardan yuxarı pul uduzan Azərbaycan məmurları – Siyahı mafiya liderinin əlinə keçdi (FOTO)

Sedat Pekerdən Azərbaycan işarəti

Sosial şəbəkələrin Türkiyə seqmentində ən çox izlənilən şəxs olmaqla bir fenomenə çevrilən Sedat Peker Twitter-dən yaydığı açıqlamada son iki ildə qumarda 50 min dollardan yuxarı pul uduzan 49 900 nəfərin adının olduğu siyahını ələ keçirdiyini bildirib. Bununla bağlı yaydığı twitter-lərin sonuncusunda isə “Herkes sözü kadar adamdır! (Azerbaycan atasözü)” yazıb. Çox böyük ehtimalla bununla ölkəmizə də hansısa mesajı vermək istəyib.

Qumarda 50 min dollardan çox pul uduzanların siyahısından Azərbaycanlı məmurların adı çıxsa təəcüblənməyəcəm. Çünki, Sedat Peker Youtebe-dan yaydığı videolarda da, Twitter-dən yaydığı açıqlamalarda da bəzi məlumatlar açıqlamaqla yanaşı, üstüörtülü işarətlər də verir. Sedat Peker bəzən də işarətlərlə izləyicilərin diqqətini istədiyi istiqamətə yönəldir, bəzən də onları düşünməyə vadar edir. “Herkes sözü kadar adamdır! (Azerbaycan atasözü)” ifadəsinin də bu məqsədlə yazıldığı ehtimalı çox böyükdür.

Türkiyənin keçmiş daxili işləri naziri Sadettin Tantan jurnalistlərin suallarını cavablandırarkən Sedat Pekerə məlumatların dövlət idarəçiliyində önəmli yer alan məmurlar tərəfindən ötürülə biləcəyini bildirib. Sedat Peker də Twitter-dən yayımladığı açıqlamada Sadettin Tantanın təxminlərinin yanlış olmadığını bildirmişdi. Qumarda 50 min dolllardan yuxarı pul uduzan 49 900 nəfərin adının olduğu siyahının da Sedat Pekerə məmurlar tərəfindən ötürüldüyü istisna deyil.

Baş verən hadisələrin arxasında Mİ6, MOSAD, MKİ-nin izini axtarmağı sevənlər isə Sedat Pekerə məlumatların bu xüsusi xidmət orqanlarından biri və yaxud da hazırda yaşadığı Birləşmiş Ərəb Əmirliyinin xüsusi xidmət orqanı tərəfindən verildiyini iddia edirlər. Birləşmiş Ərəb Əmirliyinin Xüsusi Əməliyyat Komandanlığı (SOC) bölgənin ən güclü xüsusi xidmət orqanı hesab olunur. Sedat Pekerə bu məlumatların SOC tərəfindən ötürüldüyü birmənalı istisna edilə bilməz. İstənilən halda Sedat Pekerin iddia etdiyi siyahının faktlara əsaslandığı şübhə doğurmur. Çünki bundan əvvəl yaydığı bütün məlumatların həqiqət olduğu təsdiqlənib.

Xaqani Cəfərli, politoloq

Bənzər yazılar

Back to top button