GündəmManşetSiyasət

İstanbulda türkdilli ölkələrin sammiti işə başladı

Noyabrın 12-də İstanbulda türkdilli dövlətlərin liderlərinin sammiti başlayır. Azərbaycan Prezidenti İlham Əliyev, eləcə də digər türkdilli dövlətlərin rəhbərləri və Macarıstanın Baş naziri onun işində iştirak etmək üçün İstanbula gəliblər.

Bugünkü sammit “Türk Şurası”nın bir sıra mühüm təşəbbüslərini həyata keçirməlidir. Onlardan biri Qazaxıstan lideri Nursultan Nazarbayevin strukturun adının dəyişdirilərək “Türk Dövlətləri Təşkilatı” qoyulması və Transxəzər marşrutu da daxil olmaqla tarixi İpək Yolunu böyük ölçüdə təkrarlayan “Turan Dəhlizi”nin yaradılması təşəbbüslərinə aiddir.

Türkdilli ölkələrin daha da yaxınlaşması amili həmçinin onların latın əlifbasına keçidi oldu.

Maraqlıdır ki, Macarıstan bu ilin yazında keçirilən sonuncu sammitdə hökumət başçısı səviyyəsində iştirak edib və Rusiya Türk Şurasının işində iştiraka maraq göstərib.

“Əgər proseslər indiki istiqamətdə davam edərsə, 2030-40-cı illərdə vahid bazarın və iqtisadi əməkdaşlıq məkanının formalaşması məsələsi qaldırıla bilər. Bu istiqamətdə atılacaq addımların strategiyası və baxışı İstanbulda rəsmiləşdiriləcək”, – deyə Əhməd Yasəvi Universitetinin professoru Cengiz Tomar bildirib.

Bənzər yazılar

Back to top button