İdman

Kuman və Xavi “Barselona”nı ziyana saldı

Maliyyə problemləri yaşayan “Barselona”nın yanvar ayı üçün transfer büdcəsi açıqlanıb.

Fanat.az ESPN-ə istinadən xəbər verir ki, Ronald Kumanla müqavilənin ləğvinə görə kompensasiya ödəyəcək Kataloniya nəhənginin transferə 10 milyon avrodan az pulu qalıb.

Çətin dövrdən keçən “Barselona” transfer dövrü üçün də azad agent olan futbolçulara müraciət edib.

Qeyd edək ki, mövsümün əvvəlində “Barselona”nın baş direktoru Ferran Reverter yanvarda “transfer pəncərəsi” üçün 20 milyon avro ayıra biləcəklərini bildirmişdi. Lakin işlər gözlənildiyi kimi getmədi. Kataloniya komandası pis nəticələrdən sonra Ronald Kumanla yollarını ayırıb və təzminat ödəməyə məcbur olub. Kumana ödənilən 12 milyon avrodan sonra “Barselona”a baş məşqçi Xavi üçün “Əl-Sadd”ın hesabına 5 milyon avro transfer haqqı köçürdüyü üçün transfer büdcəsi azalıb.

Xavini baş məşqçi postuna təyin edən “Barselona” keçmiş ulduzu Dani Alveşi yenidən transfer etmək üçün bir araya gələcək.

Dani Alves yanvarda sabiq klubuna qayıda bilər. İspaniya mətbuatı xəbər verir ki, braziliyalı sağ cinah müdafiəçisi bu həftə Kataloniya klubunun rəhbərliyi ilə görüşəcək. “San-Paulu” ilə müqaviləsinə xitam verən braziliyalı ulduz sentyabr ayından azad agent statusundadır.

Bənzər yazılar

Back to top button