Hadisə

Peşə liseyin direktoru 70 min mənimsəyib

Tovuz Peşə Liseyinin direktoru barəsində istintaq yekunlaşdırılıb.

Baş Prokurorluqdan verilən məlumata görə, Liseyin direktoru Tanırverdi Tanırverdiyev lisey müəllimlərinin 2017-2021-ci illər ərzində faktiki olaraq tədris etmədikləri halda rəsmi sənədləri saxtalaşdırıb həmin şəxslərə əlavə dərs saatının rəsmiləşdirilməsi yolu ilə dövlət büdcəsindən ayrılmış ümumilikdə 69 min 400 manat məbləğində pul vəsaitini mənimsəyib.

Onun bir nəfər şəxsi həmin liseyə işə qəbul etmək üçün 2 min 500 manat məbləğində rüşvət almasına, habelə işə laqeyd münasibəti nəticəsində Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş daxili qaydaların pozulması ilə dövlətin qanunla qorunan mənafelərinə 122 min 500 manat məbləğində zərər vurulmasına səbəb olan səhlənkarlıq hərəkətlərinə yol verməsinə əsaslı şübhələr müəyyən edilib.

Peşə liseyində rəhbərlik işdən çıxarıldı, cinayət işi açıldı

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Tanırverdi Tanırverdiyevə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.1 (rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddələri ilə ittiham elan edilərək, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İstintaq zamanı dəymiş ziyanın qismən ödənilməsi və əmlak üzərinə həbs qoyulması təmin edilib.

Bənzər yazılar

Back to top button