Milli Məclisin deputatından manat proqnozu

Print Friendly, PDF & Email

“Azərbaycanda xarici valyutaların məzənnəsinin qalxmasına heç bir əsas yoxdur”

Bunu Bizimyol.info-ya müsahibəsində Milli Məclisin deputatı Azər Badamov bildirib. O deyib: “Bu günki Azərbaycanın iqtisadiyyatının reallıqları onu deməyə imkan verir ki, milli valyutamızın dəyəri itirilməsinə heç bir əsas yoxdur. Birincisi ona görə ki, manatın arxasında kifayet qədər istehsal olunmuş dəyər dayanır. Bu gün Azərbaycan dünyanın bir çox ölkələrinə qeyri-neft məhsullar ixrac edir. İ rübdə ticarət dövriyyəmiz 31%, ixracımız 24%,qeyri-neft ixracımız isə 37% artıb. Bu da ölkəmizə əlavə valyuta gəlməsinə imkan verir. Həm də neftin qiyməti öz sabitliyini qoruyub saxlayır . Bu da bizim valyuta ehtiyatlarımızın artmasına şərait yaradır”.

Milli Məclisin deputatı deyib ki, bu ilin İ rübündə infilyasiya 4% olduğu halda, əhalinin pul gəlirləri 10% artıb: “İqtisadiyyatımızın inkişaf dinamikasını nəzərə alaraq Azərbaycan manatı dəyərini itirəcək deməyə heç bir əsas yoxdur və düşünürəm ki, ilin sonuna qədər manatımız daha da möhkəmlənəcəkdir”.