GündəmSağlamlıq

Vaxtı keçmiş “Pfayzer”in müddəti uzadılıb? – Əhaliyə köhnə vaksinlər vurulur?

Bakının bəzi klinikalarda koronavirusa qarşı “Pfayzer” vaksinin istifadə müddətinin bitdiyini, lakin hələ də dövriyyədən çıxarılmaması bildirilir.

Adının çəkilməsini istəməyən şəxs Turana bildirib ki, noyabrın əvvəlində “Pfayzer” vaksinin vurdurması üçün Leyla Klinikasına üz tutub.

“Klinikadan mənə bildirilib ki, vaksinin istifadə müddəti artıq bitib, lakin həkim bildirdi ki, müddətini 3 ay uzadıb. Mənə vaksin vurdurmaq üçün razılıq verdiyimi təsdiq edən kağız imzalamağı təklif etdilər. Vaksini vurdurmaqdan imtina etdim”.

Eyni halın “Kaspian İnterneşınıl” Klinikasında da müşahidə edildiyi deyilir.

Vətəndaşlara bildirilir ki, Ümumdünya Səhiyyə Təşkilatı Avropa Dərman Agentliyi və ABŞ Qida və Dərman Administrasiyasının rəylərini nəzərə alaraq KOVID-19 əleyhinə vaksinasiyada Pfayzer/Biontek preparatından istifadə edən ölkələrə vaksinin istifadə müddətinin uzadılması ilə bağlı aidiyyatlı qurumlara məktub göndərib.

Məktuba əsasən Pfayzer/Biontek preparatının istifadə müddəti 6 aydan 9 aya qədər uzadılıb. Bununla əlaqədar olaraq hazırda ölkəmizdə istifadə olunan Pfayzer/Biontek vaksininin istifadə müddəti 31 dekabr 2021-ci il tarixinədəkdir.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən Turana bildirilib ki, onlarda bununla bağlı məlumat yoxdur.

TƏBİB-dən məsələ ilə bağlı isə münasibət öyrənmək mümkün olmayıb.

Bənzər yazılar

Back to top button