İdman

FIFA-da korrupsiya qalmaqalı: Rusiya və Qətərdən rüşvət alınıb?

ABŞ-da Şərqi Nyu-York məhkəməsi FIFA barəsində, DÇ-2018 və DÇ-2022-in yayım hüquqlarının verilməsindən tutmuş turnirlərin ev sahiblərinin müəyyənləşdirilməsinə qədər çoxsaylı rüşvət ittihamları qaldırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə “Inside the Games” məlumat yayıb.

Xəbərə görə, FIFA rəhbərliyinin Rusiya və Qətər nümayəndələrindən rüşvət aldığı iddia olunur.

İttiham hökmündə Braziliya Futbol Konfederasiyasının keçmiş prezidenti və FIFA İcraiyyə Komitəsinin üzvü Rikardo Teyşeyra, o cümlədən qurumun sabiq vitse-prezidenti, Cənubi Amerika Futbol Konfederasiyasının rəhbəri Nikolas Leosun 2022-ci il dünya çempionatının Qətərdə keçirilməsini dəstəkləmələri fonunda rüşvət aldıqları qeyd olunub. İttiham olunanlar sırasında FIFA-nın keçmiş vitse-prezidentlərindən Cek Uornerin də adı var. Onun toplam 5 milyon dollar rüşvət aldığı iddia edilir.

O vaxt FIFA-nın İcraiyyə Komitəsində təmsil olunan Rafael Salqueroya isə 2018-ci il mundialının ev sahibinin müəyyənləşməsi prosesində Rusiyaya səs verməsi qarşılığında 1 milyon dollar vəd edilib.

Qeyd edək ki, Rusiya və Qətər müvafiq olaraq DÇ-2018 və DÇ-2022-nin ev sahibi adını 2010-cu il, 2 dekabr tarixində qazanmışdılar.

Bənzər yazılar

Back to top button