İdman

Məhəmməd Salah hər kəsi qabaqladı

İngiltərə Premyer Liqasında oktyabr ayının ən yaxşı futbolçusunun adı açıqlanıb.

Fanat.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.

Xəbərə görə, bu ada ötən ay 4 oyunda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalan “Liverpul”un hücumçusu Məhəmməd Salah layiq görülüb.

O, siyahıda Ben Çiluell (“Çelsi”), Maksvell Korne (“Bernli”), Filip Foden (“Mançester Siti”), Valentino Livramento (“Sauthempton”), Aaron Ramsdeyl (“Arsenal”), Deklan Rays (“Vest Hem”) və Yuri Tilemansı (“Lester”) qabaqlayıb.

Bənzər yazılar

Back to top button