“Kontakt Home” müştəriyə defekt iPhone satdı: Qalmaqal (FOTO)

by Aztoday Xəbər Portalı

Xoş olmayan qalmaqallarla məşhurlaşan “Kontakt Home”dan şikayətlər günü-gündən artır.

Yenisabah.az xəbər verir ki, texniki və məişət avadanlıqlarının satışı ilə məşğul olan “Kontakt Home”un yarıtmaz xidmətindən daha bir müştəri zərər çəkib.

Leyla Əsədova adlı şəxs 20.10.2021-ci ildə iphone 12 modelini almaq üçün şirkətin Yasamal filialına yaxınlaşıb. Bu zaman ona həmin modeldən bazada olmadığı və sadecə vitrində olan smartfonun qaldığı bildirilib.

Müştəri tərəddüd etsə də, onu inandırıblar ki, smartfon ideal vəziyyətdədir və heç bir problemi yoxdur. Xanım telefonu aldıqdan 12 gün sonra “batareya ömrü”nün 96 faiz olduğunu görüb. Lakin satın aldıqda isə bu göstərici 100 faiz olub.

On iki gün uzun bir müddət olmadığı halda smartfonun getdikcə zəifləməsi müştərini narazı salıb. Xanım filiala yaxılaşıb geri qaytarmaq istə də, smartfonun diaqnostikadan keçirilməsinin lazım olduğunu bildiriblər. Diaqnostikadan sonra heç bir problemin olmadığı qeyd edilib və sözdə “düzəldildi” deyilərək telefon müştəriyə geri qaytarılıb.

Alındığı gündən bu günə qədər isə telefonun “batareya ömrü” 89 faizə düşüb. Xanım ona defekt məhsul satıldığını bildirərək mağazadan narazı qalıb.

Müştərinin bu barədə sosial mediada etdiyi paylaşımına rəylərdə adı keçən şirkətdən narazı qalan digər şəxslər də öz şikayətlərini bölüşüblər.

Onlardan bir neçəsini təqdim edirik:

Bənzər Yazılar