Siyasət

Kreml ATƏT-in Minsk Qrupunda aparıcı oyunçu olaraq qalır

Parisdə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin iştirakı ilə ATƏT-in Minsk Qrupunun görüşü keçirilib. Formal olaraq, görüş YUNESCO Baş Assambleyasının meydançasında qısa müddətə baş tutub, baxmayaraq ki, 44 günlük müharibədən sonra konturları kəskin şəkildə dəyişmiş Qarabağ münaqişəsi 1992-ci ildən, açıq hərbi fazaya keçən münaqişənin vüsət almağa başladığı vaxtdan formalaşan çərçivədə öz yekun həllini gözləməkdə idi.

Həmsədrlərin Azərbaycan və Ermənistan XİN rəhbərlərilə əvvəlki görüşü 2021-ci ilin sentyabrında BMT Baş Assambleyasının meydançasında keçirilib. Lakin bu, dövlətlər üçlüyünün və Qafqaz ikiliyinin birgə görüşü deyildi. Minsk Qrupu-Azərbaycan və Minsk Qrupu-Ermənistan formatında görüşlərdə regionda yaranmış yeni reallıqlar nəzərə alınmaqla Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin irəliləməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ötən müddətdə normallaşma baş vermədi. Biz ancaq həm iki ölkənin daxili siyasi gündəmində, həm də iki ölkənin sərhəddində təmas xəttində və regional siyasi meydanda vəziyyətin mürəkkəbləşdiyini göstərə bilərik. Ermənistan cəmiyyətində Paşinyanın siyasi opponentləri Qarabağ üzərində nəzarətin geri qaytarılması məqsədilə revanşist ritorikanı gücləndirirlər, Əliyev isə azad edilmiş ərazilərin yenidən qurulması ilə məşğuldur. Onun üçün status problemi yoxdur, baxmayaraq ki, bu barədə Yerevanda fəal şəkildə danışılır.

Tərəflər Minsk prosesinə və vasitəçiliyə sadiq olduqlarını bəyan etsələr də, əvvəllər, Ermənistanın Azərbaycan ərazilərinin 20%-nə nəzarət etdiyi dövrdə olduğu kimi, hələ də kompromislərə hazır deyillər və bu dəfə yeni səbəblərdən. Müharibədə məğlub olan Ermənistan qalib kürsüsünə qalxmış Azərbaycana güzəştə getməmək üçün Qarabağ probleminin həll olunmaması ilə bağlı status-kvonu saxlamağa çalışır. Öz növbəsində, Azərbaycan qalib statusu-kvonu möhkəmləndirməyə çalışır və məğlubu 2020-ci ildə qısamüddətli müharibədə olduğu kimi, qeyd-şərtsiz uzunmüddətli sülhə vadar etmək üçün uzun müddət mühasirədə saxlamağa hədəflənir.

Nə qədər paradoksal olsa da, xarici aləmlə əlaqələri məhdudlaşan və kommunikasiyaların açılmasında Azərbaycandan daha çox maraqlı olan Ermənistan Qarabağın qoparılması ilə bağlı çoxillik ideyanın həyata keçirilməsi naminə özünütəcrid siyasətinə sadiq qalmağa davam edir. Halbuki, ideyanın özü artıq xeyli dəyərdən düşüb, bunu əhalinin ümidsizlikdən bu ölkədən köçməsinin sürətlənməsindən görmək olar.

Parisdə danışıqların gedişinin özü və dünya birliyinə danışıqların nəticələri barədə kifayət qədər az diplomatik mesajların verilməsi onu göstərir ki, Ermənistan və Azərbaycan sülh bağlanması prosesinin sürətləndirilməsindən hər zamankından daha uzaqdır. Hər iki ölkədə bundan öncəki ritorika aldadıcı olmayıb.

Problem həm də ondan ibarətdir ki, Qarabağ da daxil olmaqla, daha geniş məsələlərlə bağlı ziddiyyətlərdə bulunan həmsədrlərin özləri çətin ki Azərbaycan və Ermənistan XİN-dən daha çox kompromisə hazır olsunlar. Ötənilki müharibə zamanı həmsədrlərin münaqişə ilə bağlı mövqeyi qalır. Rusiya Qarabağda hərbi mövcudluğu və 9-10 noyabr 2020-ci il tarixli bəyanat çərçivəsində vasitəçiliyilə əlaqədar münaqişənin əsas mediatoru olaraq qalır. Və Paris görüşü təsdiqlədi ki, 2020-ci il sentyabrın 27-dən, Azərbaycan ordusu strateji təşəbbüsü ələ aldıqdan və Klauzevitsin təbirincə desək, müharibəni siyasi prosesin (Bakını Minsk danışıqları masasında uzun zaman qayğılandıran nəticələrilə) davamına çevirdikdən sonra heç kim yaranmış reallığın əleyhinə deyil.

Bu mülahizələrlə əlaqədar Qarabağ nizamlanmasında Moskvanın gələcəkdə ən aparıcı mediasiyasını proqnozlaşdıra bilərik. Bunun elementlərindən biri də bu ilin sonunadək dəfələrlə təxirə salınmış Əliyev-Paşinyan görüşü ola bilər. Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Paris görüşünə Kreml divarları arasında Azərbaycan-Ermənistan sammitinin öncəsi kimi baxmaq olar. Paris Moskvaya pas verdi.

Bənzər yazılar

Back to top button