Hadisə

Millət vəkili: “Həmin şəxslər dərhal Azərbaycandan deportasiya edilməlidir”

Millət vəkili Aydın Mizəzadə bir qrup Hindistan vətəndaşının Şəhidlər Xiyabanında mahnı oxuyaraq rəqs etdiyi və klip çəkdirdiyi barədə yayılan görüntüyə münasibət bildirib.

Qaynarinfo xəbər verir ki, deputat azərbaycanlılar üçün müqəddəs olan bir məkanda xaricilərin belə hərəkəti yolverilməz hesab edir:

“Hesab edirəm ki, bu məsləyə çox ciddi yanaşılmalıdır. Həmin şəxslər tapılıb dərhal ölkəmizdən deportasiya edilməli və uzun müddət Azərbaycana gəlməsinə qadağa qoyulmalıdır. Eyni zamanda Hindistanın Azərbaycandakı səfirliyinə bura səfər edən vətəndaşlarına Azərbaycanın tarixinə, dəyərlərinə hörmət edilməsini xatırlatması nəzərlərinə çatdırılımalıdır”.

Qeyd edək ki, sosial şəbəkdə bir qrup Hindistan vətəndaşının Şəhidlər Xiyabanında mahnı oxuyaraq rəqs etdiyi və klip çəkdirdiyi barədə görüntülər yayılıb.
https://www.facebook.com/azadqul767/videos/2650939154996685/

Bənzər yazılar

Back to top button