İdman

Messi 20 dəqiqədən çox oynaya bilməz! – PSJ-dən şərt

PSJ rəhbərliyi Argentina millisinə Lionel Messinin yığmada oynama müddəti ilə bağlı ultimatum verib.

Qol.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Bildirilib ki, PSJ Lioneli milliyə yalnız futbolçu üçün oyun müddətinə limit qoymaq şərti ilə buraxmağa razılaşıb.

Klub və federasiya arasında şifahi razılaşmaya əsasən, 34 yaşlı oyunçu meydanda 20 dəqiqədən çox ola bilməz. Belə ki, DÇ-2022-nin seçmə mərhələsində Uruqvay millisi ilə görüşdə (1:0) Messi matçın 76-cı dəqiqəsində meydana çıxıb.

Qeyd edək ki, Messi zədə səbəbindən PSJ-nin son iki oyununu buraxmışdı.

Xatırladaq ki, Argentina növbəti oyununu noyabrın 17-i Braziliyaya qarşı keçirəcək.

Bənzər yazılar

Back to top button