Dünya

Siyasi islamçılar cümhuriyyət qurucusuna qarşı: Türkiyədə Atatürk sevgisi ildən-ilə artır

Siyasi islamçıların bütün qaralama cəhdlərinə, lənət oxumalarına baxmayaraq Atatürkü türk millətinin qəlbindən çıxarmaq mümkün olmur. Əksinə, siyasi islamçılar Atatürkə daha kəskin hücüm etdikçə türk milləti də Atatürkə daha çox sahib çıxır.

Bu ilin 10 ayı ərzində Anıtkabiri 1 milyon 572 min 590 nəfər ziyaret edib. Halbuki, ötən 2020-ci ildə Anıtkabiri 1 milyon 30 min 641 nəfər Türkiyə vətəndaşı, 42 min 138 əcnəbi ziyarət edib. Göründüyü kimi bu ilin 10 ayı ərzində Atatürkün məzarını ziyarət edənlərin sayı ötən illə müqayisədə yarım milyon nəfər artıqdır.
Bir ay ərzində Anıtkabiri ən çox ziyarət isə Dini işlər naziri Ali Erbaşın ötən il iyul ayında Ayasofyada Atatürkə lənət oxumasından sonra qeydə alınıb. Belə ki, 2020-ci ilin iyul ayında 106 min 376 nəfər, avqust ayında isə 128 min 184 nəfər Anıtkabiri ziyarət edib.

Atatürkü türk tarixindən silmək, ən azı adını qaralamağa çalışanların heç bir uğur qazanmayacağını tam əminliklə söyləmək olar. Çünki, cəmiyyətdə hər ötən gün daha da böyüyən Z nəslinin çox böyük hissəsi Atatürkü türk millətinin xilaskarı hesab edir. Eyni zamanda türk gəncliyi Atatürkün çağdaş mədəniyyət üzərinə qurduğu Türkiyə Cümhuriyyətinin alternativi olmadığına inanırlar. Ona görə də siyasi islamçıların şəriət dövləti qurmaq xəyalları gerçəkləşməyəcək.

Xaqani Cəfərli, politoloq

Bənzər yazılar

Back to top button