Hadisə

Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak ediblər

Azərbaycan hərbçiləri Türkiyə Silahlı Qüvvələrinin istehkam qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədilə keçirdiyi təlimə qatılıb. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi Tvitter səhifəsində məlumat yayıb.

Məlumatda deyilir ki, təlim Türkiyə ordusunun ikinci mühəndislik korpusu və on səkkizinci mexanikləşdirilmiş piyada briqadası tərəfindən keçirilib.

Təlimlər Çanaqqala əyalətinin Kavakköy və Gelibolu rayonlarında icra edilib.

Xatırladaq ki, bu il ərzində Azərbaycan və Türkiyə ordusu çoxsaylı birgə təlimlər keçiriblər.

Bənzər yazılar

Back to top button