Siyasət

Ermənistan KİV: Azərbaycan Silahlı Qüvvələri ermənilərin dörd postunu tutub

Ermənistanın baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasında bildirib ki, noyabrın 14-də Azərbaycan qoşunları ölkə ərazisinə daxil olub. Məhz bu səbəbdən bu gün müdafiə naziri Arşak Karapetyan işdən çıxarılıb.

Ermənistan teleqram- kanallarının məlumatına görə, Azərbaycan Silahlı Qüvvələri ermənilərin dörd postunu tutublar və texnikanı ələ keçiriblər, erməni hərbçiləri bu mövqelərdən çıxarıblar.

Həmin mənbələrin məlumatına görə, ermənilərin Cermuk istiqamətində üç, Qaragöl ərazisində bir postu tərk edilib. Ermənilər yük maşınlarını və bir BMP-ni orada qoyublar. Bu mövqelər Laçın və Ermənistanın Sünik vilayəti sərhəddindədir.

Azərbaycan Müdafiə Nazirliyi baş verənləri şərh etmir.

Bənzər yazılar

Back to top button