Hadisə

Dövlət Gömrük Komitəsinin rəhbəri mətbuat xidmətinin funksiyasını icra etmək qərarına gəlib

Bazar ertəsi Biləsuvar rayonunda 218 kiloqram heroin müsadirə edilib. Bu barədə Dövlət Gömrük Komitəsinin rəhbəri Səfər Mehdiyev Tvitter-də yazıb.

Son vaxtlar Mehdiyev öz təşkilatının uğurları barədə əhaliyə özü məlumat verir. Görünür, öz mətbuat xidmətini qısqanır və böyük partiya narkotik maddənin götürülməsi barədə şəxsən özü məlumat verir. Həm də bu məlumatı iki gün gec olmaqla mətbuat xidməti də yayır.

Görünür, Səfər Mehdiyevin bloger rolunu oynamaqdan daha vacib işi yoxdur. (turan)

Bənzər yazılar

Back to top button