Hadisə

Göyçayda qoçu məmur peyda olub… – İTTİHAM

“Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədov quldur dəstəsi yaradıb, cinayət əməlləri ilə məşğul olur ki, nəticədə də dövlət vəsaiti talan edilir, vətəndaşlar əziyyət çəkirlər”.Bu sözləri Göyçay rayonu Həbibi küçəsi, ev 50 sakini Azadov Seymur Əlibala oğlu Bizimyol.info-ya açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, şikayət etdiyi üçün Şakir Əhmədovun qoçu dəstəsinin hücumuna məruz qalıb və çəkliş apardığı telefonları əlindən alınıb və oradan uzaqlaşdırıblar.“Göyçay Suvarma Sistemləri İdarəsi tərəfindən vaxtında təmizlənmədiyi, tədbir görülmədiyi üçün arx daşaraq həyətləri və küçələri su basdığı üçün mən Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədovun özünə müraciət etdim. Şakir Əhmədov mənə bildirdi ki, idarənin texnikaları kəndlərdə su kanallarının qazıntısı, təmizlənməsi ilə məşğul olurlar deyə hazırda bu mümkünsüzdür.

Bundan sonra Göyçay rayon Suvarma Sistemləri İdarəsinə məxsus texnikaların özəl işlərə cəlb olunmasını video çəkliş edib öz fecbook səhifəmdə paylaşım etdim. Bu barədə həmçinin Göyçay rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət etdim.

Bundan sonra Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədov mənim ünvanıma məktub göndərib xəbərdarlıq etdi ki, Göyçay şəhəri Natavan küçəsindəki avtomobil mühərrikinin təmiri sexiniz su arxının qoruma zolağında inşa edildiyi üçün sökməlisiniz.

Mən Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədova məlum etdim ki, qanunsuz fəaliyyətiniz barədə şikayət etdiyim üçün sizin bu xəbərdarlıq məktubunuz qərəzli və əsassızdır. Çünki Göyçay rayon ərazisində yetmişdən çox obyekt düz su arxının üzərində inşa edilib və hazırda da fəaliyyət göstərirlər, ancaq mənim qanuni qaydada inşa etdiyim avtomobil mühərrikinin təmiri seximlə su arxının arasında 4 metr məsafə var. Qoruma zolağına heç bir aidiyyatı yoxdur. Buna baxmayaraq Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədova məhkəməyə iddia ərizəsi ilə müraciət edərək mənə məxsus avtomobil mühərrikinin təmiri sexinin su arxının qoruma zolağının üzərində qanunsuz inşa edilməsini əsas gətirib sökülməsini xahiş etmişdir.

Qeyd edim ki, himayəmdə 4 azyaşlı uşağım var. Ailədə yeganə işləyən mənəm ki, avtomobil mühərrikinin təmiri ustasıyam zəhmətimlə çörək qazanın ailəmi bir təhər dolandırıram. Şakir Əhmədov qanunsuz əməlləri ilə məni intihar həddinə çatdırdı deyə 04 avqust 2021-ci il tarixdə onun iş otağına gedib sirkə turşusu içdim. Həmin günü həkimlərin müdaxiləsi nəticəsində ölmədim həyatda qaldım. Bu barədə Göyçay rayon prokuroluğunda araşdırma aparılmağa başlanıldı. Ancaq Şakir Əhmədov haqqın verib məsuliyyətdən kənarda qala bildi.

Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədovun korrupsiya, quldurluq əməlləri barədə kifayət qədər subutlarım var.

Məhkəmə iclasında mən avtomobil təmiri seximin qanuni qaydada inşa edildiyinə dair sənədləri və Göyçay rayon ərazisində 70 ədəd obyektin su arxının düz üzərində inşa edildiyini təsdiq edən foto şəkilləri və video çəklişi hakimə təqdim etdim. Hakim araşdırma aparıb Şakir Əhmədovun iddiasının əsasız olmasına dair qətnamə çıxardı.

Qeyd edim ki, avtomobil mühərrikinin təmiri sexim 45 kvadratmetrdir, öz zəhmətimlə güc bəla ilə inşa etdirmişəm. Həttda həmin sexin reyestr çıxarışının alınmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva mənə şəxsən köməklik göstərmişdir.Buna görə məni şəxsən Heydər Əliyev Fonduna dəvət edib dinlədilər və köməklik olundu. İndi isə bir nəfər korrupsioner talançının özbaşınalığına, işgəncələrinə məruz qalmışam”.

Şikayətçinin sözlərinə görə, Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədov məhkəmədə uduzmasından sonra onun ölümümə göstəriş verib.

“Belə ki, 25 oktyabr 2021-ci il tarixdə saat 11-00 radələrində avtomobilimdə oturub telefonla danışan zaman qarşıda VAZ-2107 avtomobili arxada isə ekskavator saxlayıb məni əhatəyə aldığlar. Avtomobildən düşürüb məni döydülər və telefonlarımı əlimdən alıb oradan uzaqlaşdılar. Həmin şəxslər Göyçay rayon Suvarma Sistemləri İdarəsinin əməkdaşları idi, ekskavator həmin idarəyə məxsus idi. Onların niyyəti məni öldürmək və ya ağır xəsarət yetirmək olmuşdur. Sadəcə yolun kənarı olduğu üçün oradan keçən avtomobillərin görməsindən ehtiyat edib əmri yerinə yetirmədilər. Mənə xəsarət yetirdilər telefonlarımı oğurladılar.

Mən avtomobilimlə geri qayıdıb tanışımın telefonu ilə 102 qaynar xəttinə zəng edib məlumat verdim. Göyçay Rayon Polis Şöbəsində izahatım alındı, mən təhqiqatçıya başqa telefon nömrəsi verdim ki, mənimlə əlaqə saxlaya bilsin. Həmin günü axşam saatlarında təhqiqatçı zəng edib dedi ki, telefonlarını gətirib veriblər gəl apar.

Bu fakt subut edir ki, Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədovun işçiləri mənim telefonlarımı quldurluqla ələ keçiriblər. Ancaq buna baxmayaraq onların barəsində heç bir qanunu tədbirlər görülmədi. Çünki Şakir Əhmədov dövlətdən taladığı pullar hesabına oliqarxa çevrilib deyə onun qarşısında Göyçay hüquq mühafizə orqanları acizdilər. Həttda telefonumu oğurlayıb aparıb orada olan video çəklişlərin hamısı siliblər.

Şakir Əhmədov Göyçay rayon Suvarma Sistemləri İdarəsinə məxsus Yaponiya istehsalı olan sepli texnikanın sepinin dəyişdirlməsi adı ilə 9000 manat pulu mənimsəmişdir. Hansı ki, həmin texnikanın sepi 15 ildən bir dəyişdirliə bilər.Ancaq sepin dəyişdilməsinə dair akt tərtib edilib 9000 manat silinsədə sep dəyişdirilməmişdir. Göyçay rayon ərazisində suvarma kanalları təmizlənmədiyi halda büdcədən vəsait silinib mənimsənilir. Buna görə ekspertiza keçirlib yerində yoxlama aparılarsa subut olunacaq. Həmçinin idarəyə məxsus texnikalar şəxsi işlərə cəlb edilib Şakir Əhmədova pul qazanır”.

Sonda şikayətçi bildirib ki, Prezident cənab İlham Əliyevdən, Mehriban xanım Əliyevadan, Daxili İşlər Naziri cənab Vilayət Eyvazovdan, Baş Prokuror cənab Kamran Əliyevdən və Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri cənab Zaur Mikayılovdan xahiş edir ki,onun şikayət ərizəsini nəzarətə götürüb, Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədovun barəsidnə qanunu və ciddi tədbirlər görülsün.

Məsələ ilə bağlı Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədov və Meliorasiya və Su Təsərrüfatı ASC-nin mətbuat katibi Dilqəm Şərifovla əlqə saxlamağa çalışsaq da cəhdlərimiz uğursuz alındı.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Bizimyol.info

Bənzər yazılar

Back to top button