Kriptovalyutalar İslama ziddir? – Üləmalar Şurası rəqəmsal valyuta əməliyyatlarını qadağan etdi

by Aztoday Xəbər Portalı

Raiffeisen Bankın mütəxəsisləri hesab edir ki, 2025-ci ildə dünyada mövcud olan dövlərin ən azı 10 faizinin rəqəmsal valyutaya keçəcək.

Böyük Britaniyanın Maliyyə Nazirliyə İngiltərə Bankı rəqəmsal valyutanı (CBDC) yaratmaq üçün fəaliyyətlərini əlaqələndirmək qərarı veriblər. PayPal, Visa və Amazon kimi şirkətlər də CBDC-nin yaradılmasında İngiltərə Bankına yardım edəcəklər.

Çinin rəqəmsal yuanı artıq hazırdır və dövlət banklarının iştirakı ilə ilk testləri keçirilir. Kommersiya bankları isə müştərilərinin rəqəmsal yuandan isifadəsini genişləndirəcək layihələr üzərində işləyirlər. Çox yaxın zamanda Çində kağız pulların və bank kartlarının gərəksiz olacağı hər kəsə aydındır.

ABŞ Federal Ehtiyyatlar Sisteminin rəhbərliyi hesab edir ki, Birləşmiş Ştatların maliyyə sisteminin gələcəyi rəqəmsal dollardan asılıdır və hökumət rəqəmsal valyutanın yaradılması üçün fəaliyyətini sürətləndirməlidir.
Avropa Birliyinin Mərkəzi Bankı da rəqəmsal avronun yaradılmasını sürətləndirib.

Hindistan rəsmiləri bu ilin sonuna kimi rəqəmsal rupinin hazır olacağını bəyan ediblər.

Ukrayna hökuməti kriptovalyuta sənayesinin inkişafı üçün yol xəritəsini təsdiqləyib.

Macarıstan hökuməti kriptovalyuta şirkətlərini ölkəyə cəlb etmək üçün qanun qəbul edib.

Nyu-York şəhərinin meri kriptovalyuta operatoru CityCoins ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Məqsəd isə Nyu-York şəhərinin (NYCCoin) kriptovalyutasını yaratmaqdır. Nyu-York özünün kriptovalyutasını yaradan ikinci ABŞ şəhəri olacaq.

Dünyanın ən böyük kinoteatrlar şəbəkəsi AMC Entertainment Holdings Inc. (SPB: AMC) özünün kriptovalyutasını yaradır.

Argentalı futbolçu Lionel Messinin maaşının bir hissəsi Paris Saint-Germain klubu tərəfindən buraxılan PSG Fan kriptotokenləri ilə ödənəcək.

Noyabrın 11-də İndoneziyanın Üləmalar Şurası müsəlmanlara internetdə istənilən rəqəmsal valyuta əməliyyatlarını qadağan edib. Ali İslam orqanı olan Üləmalar Şurasının sədri Niam Şoleh hesab edir ki, kriptovalyutalar qeyri-sabit maliyyə aktivləridir. “Onlar istifadəçilərdə qeyri-sağlam həyəcan yaradır və zərərli ola bilər, bu səbəbdən şəriət qanunlarına uyğun olaraq qadağan edilməlidir”.

İndoneziyanın Üləmalar Şurasının kriptovalyutaya bu münasibəti avtomobili şeytan arabası adlandıran müsəlman din xadimlərinin mövqeyinin təkrarıdır. Avtomobilin müsəlman din xadimləri tərəfindən şeytan arabası adlandırılmaının nəticəsidir ki, 57 İslam ölkəsinin heç biri özünün yerli istehsal avtomobilinə malik deyil.

Ancaq bu müsəlmanların xristian və bütpərəstlərin istehsal etdikləri bahalı avtomobilləri lovğalana-lovğalana sürməsinə mane olmur. Siyasi islamın təsir altında olan həmvətənlilərim dinin dünyəvi işlərə müdaxiləsinin necə eybəcərlik doğurduğunu görə bilmir.

Xaqani Cəfərli, politoloq

Bənzər Yazılar