Sağlamlıq

Həbib Nurməhəmmədovun atası koronavirusdan sağaldı

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədov koronavirusdan sağalıb.

AzToday.az Report-a istinadən xəbər verir ki, döyüşçünün məşqçisi Xavyer Mendes məlumat verib.

O bildirib ki, iyunun 15-də H.Nurməhəmmədov atasının sağalması barədə mesaj göndərib. Mendes bu barədə digər ortaq tanışları ilə də söhbət etdiyini sözlərinə əlavə edib: “Mənə dedi ki, Abdulmanap Nurməhəmmədov artıq koronavirus xəstəsi deyil. Keçirdiyi ürək əməliyyatı ilə bağlı ağırlaşmaları var. Əlbəttə, buna görə narahatam”.

Qeyd edək ki, Abdulmanap Nurməhəmmədov aprelin 25-də xəstəxanaya yerləşdirilib. 57 yaşlı məşqçi ürəyindən əməliyyat olunub.

Bənzər yazılar

Back to top button