GündəmSiyasət

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatı

ATƏT-in Minsk Qrupunun həmsədrləri (Amerika Birləşmiş Ştatlarından Endryu Şofer, Rusiya Federasiyasından İqor Xovayev və Fransadan Bris Roquefeuil) noyabrın 15-də aşağıdakı bəyanatı yayıblar.

Həmsədrlər regionda, o cümlədən Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələrə dərin narahatlıqla yanaşırlar. Həmsədrlər tərəfləri vəziyyətin dərhal deeskalasiyası üçün konkret addımlar atmağa çağırır. Həmsədrlər həmçinin tərəfləri qızışdırıcı ritorikadan və təxribat xarakterli hərəkətlərdən çəkinməyə, 9 noyabr bəyanatı və digər birgə razılaşdırılmış atəşkəs razılaşmalarına əsasən götürdükləri öhdəlikləri tam şəkildə yerinə yetirməyə çağırırlar.

Son zamanlar gərginliyin artması Dağlıq Qarabağ münaqişəsi ilə bağlı və ya ondan irəli gələn bütün qalan məsələlərin danışıqlar yolu ilə, hərtərəfli və davamlı həllinin zəruriliyini vurğulayır. Həmsədrlər tərəfləri Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Nyu-York və Parisdə həmsədrlərin himayəsi altında keçirilən birgə görüşləri zamanı əldə edilmiş irəliləyişə əsaslanaraq, regionda təhlükəsizlik, sabitlik və tərəqqi üçün birbaşa dialoqu davam etdirməyə çağırırlar. (Turan)

Bənzər yazılar

Back to top button