Ermənilər sərhəddə artilleriyadan istifadə edir – MN-dən daha bir açıqlama

by Aztoday Xəbər Portalı

Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədində ölkəmizə qarşı genişmiqyaslı təxribatlarını davam etdirir.

Bu barədə AzToday.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Qarşı tərəfin hərbi birləşmələri dövlət sərhədində vəziyyəti daha da gərginləşdirmək məqsədilə Laçın rayonu ərazisində yerləşən bölmələrimiz istiqamətində müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəş açıb.

Ermənistan tərəfinin təxribatlarının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat tədbirlər görülür.

Bənzər Yazılar