Yeni yaradılan quruma rəhbər təyin edildi

Print Friendly, PDF & Email

Naxçıvan Muxtar Respublikası Gənclər Fonduna icraçı direktor təyin edilib.

AzToday.az xəbər verir ki, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun imzaladığı sərəncama əsasən, bu vəzifəyə Anar Babayev təyinat alıb.

Qeyd edək ki, Vasif Talıbovun 27 mart 2018-ci il tarixli fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Gənclər Fondunun əsasında “Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” publik hüquqi şəxs yaradılıb.