Cəmiyyət

Elnur Rzayev şəhid mərasimlərinə qatılmır – “Qorxur ki, camaat fitə basacaq…”

Ağ Partiyanın sədri Tural Abbaslı Xaçmaz Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Elnur Rzayevin şəhid mərasimlərinə qatılmamasını tənqid edib.

AzToday.az-ın xəbərinə görə, T.Abbaslı bildirib ki, E.Rzayev mərasimlərə müavinini göndərir.

Tural Abbaslı

“Xaçmaz rayon icra hakimiyyətinin başçısı Elnur Rzayev şəhid mərasimlərinə özü getmir, müavinini göndərir. Niyə?? Sənin Xaçmaz rayonunda nə dövlət əhəmiyyətli işin var ki, şəhid yasına getmirsən?! Koronavirusdan qorxub gəlmir… Sənin üçün şərəf olar ki, şəhid mərasimində koronavirus tutub ölərsən, qəbir daşına bir çələng də mən göndərərəm. Bilirsiz niyə gəlmirlər şəhid mərasimlərinə? Çünki qorxurlar ki, camaat fitə basacaq… Şəhid mərasiminə getməyən icra başçıları haqqında vəzifə səlahiyyətlərini icra etməmə maddasi ilə cinayət işi açılmalıdır!” – T.Abbaslı qeyd edib.

Xaçmaz RİH-lə əlaqə saxlasaq da, zənglərimizə cavab verən olmadı. İcra başçısının mövqeyini dərc etməyə hazırıq.(Pravda.az)

Bənzər yazılar

Back to top button