İdman

“Barselona” ter Şteqenin maaşını qaldırır

“Barselona” qolkiper Mark-Andre ter Şteqenin müqaviləsini yeniləməyə hazırdı.

Fanat.Az xəbər verir ki, “Barselona” ter Şteqenin sözləşməsini 2024-cü ilə kimi uzatmaq niyyətindədi. Katalon klubu alman qapıçının məvacibini 6,3 milyon avroya qaldırmaq istəyir. Həmçinin bonuslar da nəzərdə tutulacaq.

Jurnalist Nikolo Skiranın məlumatına görə, artıq tərəflər arasında danışıqlar başlayıb.

Ter Şteqenin “Barsa” ilə olan müqaviləsi 2022-ci ilin yayında başa çatır.

Bənzər yazılar

Back to top button