Hadisə

Atmosferə “qara tüstü” buraxan Kərpic zavod sahibini kim himayə edir?-Şikayət.

Informasiya agentiliyinin elektron poçt ünvanına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı- Salyan avtomobil magistral yolunun kənarında fəaliyyət göstərən kərpic zavodundan havaya qara tüstü atılması ilə bağlı şikayət daxil olmuşdur.

Bakı-Salyan avtomabil magistral yolun kənarında fəaliyyət göstərən bu zavodun kənarında yaşayan sakinlərinin sağlamlığına ağır zərbə vuran kərpic zavodu ilə bağlı rəsmi qurumlardan reaksiya gəlib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETNS) mətbuat xidmətindən mətbuata daxil olan məktubda bildirilir ki, Rizvan Müslümova məxsus kərpic zavodunun atmosfer havasının çirkləndirməsi ilə bağlı şikayət tam əsaslıdır.

Araşdırmamız zamanı kərpic zavodunun qaz-toz tutucu qurğuların istismar qaydalarının ciddi surətdə pozulması səbəbindən atmosfer havasının normadan artıq çirklənməsinə yol verdiyi, tikinti tullantılarının düzgün idarə olunmadığı müəyyən edilib.

“Şikayət məktubunda zavodun ətraf ərazilərində tikinti materiallarının satılması, ərazinin qum və daş bazarına çevrilməsi kimi göstərilən məlumatlar da araşdırılıb. Araşdırma zamanı ASC-yə məxsus ərazinin ayrı-ayrı fiziki şəxslərlə bağlanmış müqavilə əsasında tikinti materiallarının pərakəndə satışı üçün icarəyə verildiyi, qum və çınqılın geniş ərazidə səpələnmiş halda açıq havada yerləşdirildiyi, nəticədə küləkli hava şəraitində tozun göyə sovrularaq ətraf ərazilərə yayıldığı qeydə alınıb.

Nəzərinizə çatdıraq ki,bu məşhur “Kərpic istehsal” zaodun iş icraçısı Rizvan Müslümovdur.

İş adamı olan bu şəxs bir dəfə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə olunub.

O vaxt zavodda monitorinq keçirilib.Zavodun ətraf ərazisinin atmosfer havasından nümunələr götürülüb. Analizlərin nəticələrinə görə, qaz birləşmələrindən toluol 1.4, etil-benzol 4.8, meta-ksilol 1.3, his 3, tozun miqdarının isə 4.2 dəfə sanitar normadan artıq olduğu müəyyən edilib.

Qarşı tərəfin mövqeyni öyrənməyə hazırıq.

Turantv.az

Bənzər yazılar

Back to top button