Hadisə

Qarabağ qazisi haqsızlığa görə, Ali Məhkəmə qarşısında özünü yandırmaq istəyib – Təcili Tibbi yardım çağrıldı

Azərbaycan Pedeqoji Universitetin əməkdaşı olan Məlikməmməd Cəbrayılovun həyat yoldaşı Rəna Cəbrayılova əsasız bələdiyə sənədlər əsasında hansısa yuxarı orqanlara arxalanaraq Qarabağ qazisi Qərib Əliquliyevin torpağını ələ keçirməyə çalışıb. Hüquq mühafizə orqanlarına müraciət olunub və iş məhkəmədə həl edilməsi gözlənilirdi. Apellyasiya məhkəməsi məsələni obyektiv araşdıraraq Qarabağ qazisi Qərib Əliquliyevin xeyrinə qətnamə çıxarıb. Lakin bununla razılaşmayan Rəna Cəbrayılova ona aid olmayan mülkiyyətə sahib çıxmaq üçün qeyri qanuni yollara əl atmaqdan geri çəkilməyərək, çıxış yolunu Ali Məhkəməyə müraciət etməkdə görüb. Rəna Cəbrayılovanın ailə üzvlərinin dəstəyi ilə Ali məhkəməyə yol tapması və Qarabağ qazisinə qarşı qətnamə çıxarılmasına nail olmağa çalışanlar bu gün qərarın sürətini verməkdən belə imtina edir. Xatırladaq ki, 40 gündən artıq müddət keçməsinə baxmayaraq Q.Əliquliyevə qarşı Ali Məhkəmənin qəbul etdiyi qərarın surətinin təqdim edilməməsi məhs elə hakimlərində qərəzli qəbul etdikləri qərardata nəyi yazacaqları məsələsi gündəm mövzusu olub.

Günümüzdə İlham Əliyevin tapşırıq və göstərişlərində xalqı incidilməməsi məmur özbaşınılığına son verilməsi əmrlər çıxmaqdadır. Amma bu qədər Prezidentin çıxışlarına baxmayaraq Cəbrayılov ailəsi ilə Zakir Quliyev tendeminin qurbanına çevrilən Q.Əliquliyevin səhhətidə pisləşib. Bakunews.az-a verilən xəbərə görə, Qərib Əliquliyev 04.02.2019-cu il tarixində Ali Məhkəmənin inzibati binasına gedərək, 26.12.2018-ci il tarixində keçirilən Ali Məhkəmənin iclasında hakim Zakir Quliyev tərəfindən qəbul edilən qərarın nüsxəsini tələb edib. Amma məlumat verən mənbə Q.Əliquliyevin haqlı tələbinə baxmayaraq hakim Zakir Quliyev Qarabağ qazisinə qərarın verilməməsində qərəzçiliyə yol verdiyi qeyd edilməkdədir. Həmçinin redaksiyamıza məlumat verən vətəndaş Qərib Əliquliyevin məhkəmə binasında halının bisləşdiyini buna görə Təcili Tibbi yardım çağrıldığında qeyd edərək məsələni subut edəcək fotolarda göndərmişdir. Həmçinin mənbə qeyd edib ki, Qarabağ qazisi qərarın verilməyəcəyi təqdirdə ona qarşı edilən haqsızlıqlara görə, Ali Məhkəmənin qarşısında özünü yandıracağınıda bildirib.
Bu gün maraqlı məqam ortaya çıxıb. Beləki, Ali Məhkəmənin hakimi Zakir Quliyev verdiyi hökmün surətini bir aydan artıq meddətdir ki, vətəndaş Qərib Əliquliyevə verə bilmir. Bundan isə məlum olur ki qanunsuz qəbul edilən qərarı heç kim əsaslandırmağa cürət etmir. Qanunun aliliyini nəzərə alsaq mütləq şəkildə verilmiş qərarın və ya hökmün surəti yazılı formada mütləq olaraq vətəndaşa təqdim edilməlidir. Amma nə çarəki Q.Əliquliyev məhkəmə qərarından bir aydan çox vaxt keçməsinə baxmayaraq qərarı ala bilmir. Məhz elə buna görə də əsəb keçirən Qərib Əliquliyev yüksək təzyiqin yaratdığı kritik məqamla üzləşib. Buna görə də Ali Məhkəməyə Təcili Tibbi yardım çağrılmışdır.

Məsələ ilə bağlı əldə edə biləcəyimiz bütün detalları sizlərə çatıracağıq. Yazıda adları qeyd edilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Bakunews.az

Bənzər yazılar

Back to top button