2200 nəfər Vətən Müharibəsi veteranına əlillik təyin edilib

by Aztoday Xəbər Portalı

Vətən Müharibəsi (İkinci Qarabağ Müharibəsi) iştirakçılarının sosial müdafiəsi tədbirləri çərçivəsində 2200 veterana əlillik təyin edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər ki, elektron sistem üzrə veteranlara sosial ödənişlər təyin edilib.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi yaralanmış hərbi qulluqçulara birgə baxış keçirir, güc qurumlarının hərbi-həkim komissiyalarının məlumatları əsasında əlillik haqqında sənədləşmə işi aparır və müalicə-profilaktika müəssisələrinə göndəriş (forma 88) verir. (Turan)

Bənzər Yazılar