Cəmiyyət

Qarabağa qayıdışla bağlı konfrans keçirilib

44 günlük Qarabağ Müharibəsinin başa çatmasından bir il ötsə də, məcburi köçkünlərin azad edilmiş torpaqlara qayıtması ilə bağlı qeyri-müəyyənlik davam edir. Bu isə cəmiyyətdə suallar doğurur, məcburi köçkünlər arasında narahatlıq yaradır. Bir qrup ictimai-siyasi xadim ADR Partiyasının sədri, professor Qubad İbadoğlunun moderatorluğu ilə onlayn konrans keçirərək Qarabağa qayıdışla bağlı fikir mübadiləsi aparıblar.

Konfransda “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, politoloq Nəsimi Məmmədli, hüquqşunas Fərhad Mehdiyev, yazıçı-publisist Vahid Qazi, siyasi şərhçi Xəqani Cəfərli, iqtisadçı Qalib Toğrul, ictimai xadim Elxan Nur Qubatlı və siyasi fəal İlkin Rüstəmzadə iştirak ediblər.

Konfrans iştirakçıları Qarabağa qayıdış prosesin ləng getməsinin siyasi və hümanitar problemlər doğuracağı ilə bağlı narahatlıqlarını ifadə edib, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tikinti-quruculuq işlərinin şəfaflığını təmin edilməsinin zəruriliyini vurğulayıblar. Məcburi köçkünlərin doğma torpaqlarına qayıtmaq istəməsi haqqında fikirin əsasız olduğunu qeyd edən konfrans iştirakçıları məcburi köçkünlərin mülkiyyət hüququnun təmin olunmasının vacibliyinə diqqət çəkiblər. Sonda konfrans iştirakçıları bu formatın davam etdirilməsinin faydalı olacağını qeyd edərək əməkdaşlığı davam etdirmək qərarı veriblər.

Bənzər yazılar

Back to top button