İdman

İngilislər VAR-dan imtina etdilər

İngiltərə Liqa Kubokunun dörd yarımfinal matçında videotəkrardan (VAR) istifadə edilməyəcək.

Aut.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Mənbənin sözlərinə görə, yarımfinalçılardan biri olan “Midlsbro”nun stadionunda VAR sistemi yoxdur. Buna görə də, Liqa Kubokunun reqlamentinə uyğun olaraq, bu il bütün yarımfinal oyunlarında videotəkrar sistemindən istifadə edilməyəcək.

Yarımfinal mərhələsində “Çelsi” “Midlsbro” ilə, “Liverpul” isə “Fulhem”lə turnirin həlledici oyununa vəsiqə uğrunda mübarizə aparacaq. Komandalar bir-birinə qarşı iki oyun keçirəcək – evdə və səfərdə. İlk yarımfinal oyunları 9 və 10 yanvarda, cavab görüşləri isə 23 və 24 yanvarda keçiriləcək.

Qeyd edək ki, ötən mövsüm həlledici görüşdə “Nyukasl”ı məğlub edən “Mançester Yunayted” turnirin qalibi olub – 2:0.

Bənzər yazılar

Back to top button