İqtisadiyyat

Parlament birinci oxunuşda ehtiyac və yaşayış minimumu meyarının səviyyəsini təsdiqləyib

Parlament bu gün keçirilən plenar iclasda “2022-ci ildə ehtiyac meyarları haqqında” qanun layihəsini birinci oxunuşda təsdiq edib.

Qanun layihəsinə əsasən, ehtiyac meyarı 200 manat müəyyən edilib.

Qeyd edək ki, 2021-ci ildə 170 manat təşkil edib.

Deputatlar ölkədə yaşayış minimumunun 210 manat müəyyən edilməsini nəzərdə tutan “2022-ci ildə yaşayış minimumu haqqında” qanunu da birinci oxunuşda təsdiq ediblər.

Əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat olacaq.

2021-ci ildə yaşayış minimumu 196 manat təşkil edib.

Bənzər yazılar

Back to top button