Dünya

Gürcüstan Prezidenti: “Saakaşvilinin statusuna hörmət edilməli, şərəf və ləyaqəti qorunmalıdır”

Gürcüstan Prezidenti Salome Zurabişvili həbsdəki sabiq Prezident Mixail Saakaşvilinin görüntülərinə münasibət bildirib.

APA-nın xəbərinə görə, S. Zurabişvili keçirdiyi brifinqdə deyib ki, M. Saakaşvili sıravi bir məhbus deyil, onun dövlətlə bağları var və statusuna hörmət edilməli, şərəf və ləyaqəti qorunmalıdır.

Prezident qeyd edib ki, M. Saakaşvilinin görüntülərinin paylaşılması alçaldıcıdır və qəti şəkildə qəbuledilməzdir.

Xatırladaq ki, bir neçə gün öncə Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidməti bu ölkənin həbsdə olan üçüncü Prezidenti M. Saakaşviliyə qarşı fiziki güc tətbiq edilərək həbsxana xəstəxanasına zorla aparılmasının görüntülərini paylaşıb. Gürcüstana qeyri-qanuni yollarla qayıdan M. Saakaşvili oktyabrın 1-də Tbilisidə qaldığı mənzildə həbs edilib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button