İdman

“Real”ın prezidenti Mbappe üçün təklif etdikləri məbləği açıqladı

“Real”ın prezidenti Florentino Peres PSJ-nin futbolçusu Kilyan Mbappe üçün təklif etdikləri astronomik transfer məbləğini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, “Kral Klubu”nun prezidenti “Radio Marca”ya açıqlamasında PSJ ilə müqaviləsinin son ilinə qədəm qoyan Mbappe ilə uzun müddətdir danışıqlar aparıldığını deyib. 74 yaşlı funksioner fransız ulduz üçün Paris klubuna 200 milyon avro təklif etdiklərini deyib:

“Biz öz müqavilələrimizin tələblərini yerinə yetirməliyik. Sonra yaxşı və ən yaxşı oyunçuları almağa çalışacağıq. Amma onların maaşlarını ödəyə bilməliyik. İndi futbolçu üçün 200 milyon avro təklif edirsən, amma klubu onu satmır. Müqaviləsi bitəndə bizim üçün daha yaxşı olar. Dövlət tərəfindən dəstəklənən bir çox klublar var ki, oyunçularını sizə vermirlər”.

Bənzər yazılar

Back to top button