Niyazi Bayramov tənqid edildi: Şəhid Natiq Əliyevin ailəsi üçün 5 kq yağ, 20 kq un, 10 kq şəkər tozu göndərib…

by Aztoday Xəbər Portalı

Ötən gün ermənilərin təxribatı nəticəsində şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Natiq Əliyevin ailəsi Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovdan şikayətçidir.

AzToday.az-ın xəbərinə görə, buna səbəb icra hakimiyyətinin N.Əliyevin ailəsi üçün 5 kiloqram yağ, 20 kiloqram un, 10 kiloqram şəkər tozu göndərməsi olub.

Şəhidin yaxınları bildiriblər ki, bununla mərasim keçirmək mümkün deyil. İcra hakimiyyətinin ərazidə olan əməkdaşları isə əlavə yardım edəcəklərini deyiblər.

Baş verənlərə görə icra başçısı sosial şəbəkədə kəskin tənqid edilib.

Məsələyə Gəncə Şəhər İcra Hakimiyyəti reaksiya verməyib. (Pravda.az)

Bənzər Yazılar