Hadisə

Azərbaycan öldürülmüş erməni zabitin meyitini təhvil verib

Cənub hərbi dairəsi qoşunlarının komandir müavini general-leytenant Rüstəm Muradov noyabrın 17-də axşam baş leytenant Taron Saakyanın (1990-cı il təvəllüdlü) meyitini Bakıdan Yerevana aparıb, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Bu zabit noyabrın 16-da Laçın-Sünik sərhədində döyüşlər zamanı öldürülüb.

Hərbi idarənin məlumatına görə, Ermənistan tərəfdən 2 nəfər ölüb, 13 hərbiçi əsir düşüb, daha 24 nəfərin taleyi naməlum olaraq qalır.Bu arada, rəsmi Bakı general Muradovun səfəri, meyitin təhvil verilməsi və 13 erməni əsirin mövcudluğu ilə bağlı şərh vermir. Bundan əvvəl Azərbaycan tərəfi 7 hərbiçisinin həlak olduğunu, 10 nəfərin isə yaralandığını bildirib. (Turan)

Bənzər yazılar

Back to top button