“PSJ-də qarşıya qoyduğum məqsədlərə çatmaq istəyirəm“ – Messi

by Aztoday Xəbər Portalı

Argentina millisinin futbolçusu Lionel Messi DÇ-2022-nin final mərhələsinə vəsiqə qazandıqdan sonra keçirdiyi hissləri bölüşüb.

Qol.az xəbər verir ki, PSJ-nin hücumçusu özünün “İnstaqram” səhifəsində yazıb: “Mən Parisə yenicə enmişəm, məqsədimə çatdığım üçün böyük sevinc hiss edirəm. Argentina Qətərdə keçiriləcək dünya çempionatına gedəcək. Şübhəsiz ki, bu, milli komanda ilə yaşadığım xüsusi il də tortun üzərindəki kremdir.

Diqqəti dəyişməyin vaxtıdır. PSJ-də qarşıya qoyduğum məqsədlərə çatmaq istəyirəm. 2022-ci ilə qədər cəmi bir ay yarım qalıb və mən bu müddəti Fransada ən yaxşı şəkildə bitirmək istərdim. Hamını qucaqlayıram!”ş

Qeyd edək ki, noyabrın 17-də Argentina seçmə mərhələdə Braziliya ilə heç-heçə edib (0:0) və Qətərdə keçiriləcək dünya çempionatında iştirakını təmin edib.

Bənzər Yazılar