İstirahət günləri yağıntı olmayacaq

by Aztoday Xəbər Portalı

Şənbə günü Bakıda və Abşeronda hava dəyişkən buludlu olacaq, əsasən yağıntısız olacaq, mülayim cənub-qərb küləyi əsəcək, Ekologiya Nazirliyinin Milli Hidrometeorologiya xidməti məlumat yayıb.

Havanın temperaturu gecə müsbət 3+6, gündüz müsbət 12+14 dərəcə olacaq.

Bazar günü hava şəraitində mühüm dəyişikliklər gözlənilmir.

Ölkə rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq, gecə və səhər saatlarında duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə mənfi 1 dərəcədən müsbət 3 dərəcəyədək olacaq, gündüz müsbət 10+15 dərəcə olacaq.

Dağlarda gecə mənfi 3 dərəcədən müsbət 2 dərəcəyədək, gündüz müsbət 6+11 dərəcə olacaq.

Bənzər Yazılar